Phone: (+994 12) 510-69-31
Fax: (+994 12) 510-69-38
Email: info.isjss@gmail.com
ISSN: 3005-9321 (çap versiyası)
ru
en
menu close

Haqqımızda

Son illərdə müasir geologiyada ilk növbədə sedimentologiya, paleontologiya və stratiqrafiyanı, geofizikləri, seysmoloqları, seysmostratiqrafiyanı birləşdirən çoxşaxəli metodlardan asılı olan geoloji istiqamətlər geniş vüsət almışdır. Onlar palçıq vulkanlarının püskürmələrində, habelə xırda ocaqlı zəlzələlərdə təzahür edən çöküntü süxurlarının və flüidlərin faza və geodinamik qeyri-sabitliyini təmsil edərək, müxtəlif şəraitdə çöküntütoplanma hövzələrinin inkişafı və karbohidrogen sistemlərinin formalaşması haqqında təsəvvürlərin formalaşdırılmasına kömək edən seysmostratiqrafiya, sekvens-stratiqrafiya, sedimentologiya və xüsusilə hövzə modelləşdirilməsi kimi tamamilə yeni olan elmi istiqamətləri yaradırlar. Bütün bunlarla yanaşı, yeni mütəxəssislərin işləri tamamilə yeni geoloji istiqamətlərdə tədqiqatlartı əhəmiyyətli dərəcədə genişləndirən və dərinləşdirən külli miqdarda yeni geoloji-geofiziki və geokomyəvi materiallar əldə etməyə imkan vermişdir.

Beləliklə süxurların təsəvvürə gəlməz dərəcədə mürəkkəb olan birləşmələrində, saysız-hesabsız və olduqca müxtəlif olan laylarda təşəkkül tapması, onların zaman miqyasında ardıcıllığından baş çıxarmaq, geoloji hadisələrin xronoloyiyası üçün ətraflı cədvəlini hazırlamaq geoloji hadisələrin zaman və məkan stratiqrafiyasının və korrelyasiyasının fundamental və tətbiqi meyarlarının əsasını təşkil edir. Bununla yanaşı, sedimentologiya və xüsusilə onun dəqiq geoloji modellərin qurulmasında olduqca mühüm olan neft və qazın təbii rezervuarlarının həcmi və ölçülərinin uğurlu proqnozlaşdırılması məqsədilə zaman və məkan daxilində çöküntütoplanma prosesinin inkişafının öyrənilməsinin istifadə olunduğu tətbiqi sahəsi geologiyada ən vacib istiqamətlərdən birinə aiddir. Süxurların tədqiqatı zamanı onların genetik mənsubiyyətinin aşkar edilməsi və üçölçülü sedimentoloji modelinin qurulması müxtəlif geoloji-geofiziki informasiyanın öyrənilməsi əsasında eyni zamanda xronostratiqrafik çərçivələrin qurulması və korrelyasıyanın aparılması, habelə xəritələrin tətbiqi və stratiqtafik proqnozların verilməsi üçün seysmostratiqrafiyanın metodlarının tətbiqi ilə aparılır. Bununla yanaşı, bu və ya digər rezervuarın sedimentasiya səraitini nəzərdən keçirən fərziyyələri eksperimental yolla sübut etməyə imkan verən müsir tədqiqat üsuluna çöküntü proseslərinin modelləşdirilməsi aiddir. Burada sedimentogenez mərhələsində böyük dərəcədə fiziki-coğrafi səraitlə təyin edilən təbii rezervuarın parametrləri, habelə süxurların, o cümlədən tektonik prosesslərin təsiri altında ikincili dəyişmələrinin istiqamətliyi və intensivliyi proqnozaşdırma üçün əsas rolunu oynayır. Litoloji və mədən-geofiziki partametrlərin kompleksi üzrə sedimentasiya modelləşdirilməsinin tətbiqi neft və qaz yataqlarının hər hansı genetik tipinin axtarışı, proqnozu və kəşfiyyatına fərdi yanaşma zamanı süxur-kollektorların proqnozu ilə bağlı kompleks məsələləri həll etməyə imkan verir. Son illər ərzində sedimentoloji modellədirmə neft sənayesi sahəsinə daha çox tətbiq edilərək onun qarşısında duran məsələlərin həllinə müxtəlif profilli mütəxəssisləri cəlb etməklə və bununla yanaşı neft geologiyasının hər bir aspektinə bilavasitə təsirinin müxtəlif miqyaslı təzahürləri arasında əlaqə yaradır. Həm Azərbaycanda, həm də onun hüdudları xaricində olan alim və mütəxəssislərin yuxarıda sadalananlara, və deməli yeni elmi nəşrlərə maraqları bu son nailiyyətlərlərlə bilavasitə bağlıdır.

Bununla əlaqədar, Azərbaycan alimləri hesab edirlər ki, belə vəziyyət qarşıya ənənəvi elmi nəşrlərin istiqamətinin dəyişdirilməsi və müasir geologiya elminin stratiqrafiya və sedimentologiya kimi mühüm istiqamətlərini əhatə edən yeni, ixtisaslaşdırılmış elmi jurnalın yaradılmasına ehtiyacın olması məsələsini qoyur. Bununla bağlı, Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri bölməsi və Azərbaycan MEA Geoloqlarının Milli Komitəsi Rusiya Elmlər Akademiyasının Yer elmləri bölmələri, Ukrayna və Gürcüstanın milli elmlər akademiyaları ilə birgə “Neftli-qazlı hövzələrin stratiqrafiyası və sedimentologiyası” adlı yeni jurnal təsis etməyi təklif etmişdir. Bu dövlətlərin geoloji idarələrindən redaksiya heyətinin tərkibinə aparıcı mütəxəssislərin daxil edilməsi barədə müsbət cavablar və razılıq alınmışdır.

Bu qərarların həyata keçirilməsinin nəticəsi “Neftli-qazlı hövzələrin stratiqrafiyası və sedimentologiyası” adlı beynlxalq elmi jurnalın təsis edilməsi haqqında AMEA Rəyasət Heyətinin 5 mart tarixli 86 Qərarı oldu. Jurnalda dünyanın neftli-qazlı bölgələrinə ail yeni geoloji-geofiziki və geokimyəvi materialların nəticələrini işıqlandırmaq planlaşdırılır. Jurnalın nəşrlərində mühüm yeri, sübhəsiz ki, yalnız Azərbaycandan olan tədqiqatçılar deyil, həm də qərb şirkətlərindən olan geoloqların, beynəlxalq universitetlərin geoloji fakültələrinin və elmi-tədqiqat təşkilatlarının seysmostratiqrafiyaya, sekvens-stratiqrafiyaya, sedimentologiyaya, hövzə modelləşdirilməsinə dair təqdim etdikləri materiallar da dərc olunacaq. Yeni jurnalın redaksiya heyətinin tərkibində Bolqarıstandan, Türkiyədən, Rusiyadan, Gürcüstandan və Azərbaycandan olan alimlər var. Çap olunan məqalələr kompleks tədqiqatların nəticələrinə əsaslanıblar və stratiqrafiya və Yerin geoloji tarixində qalmış xronologiya ilə maraqlanan alimlər, universitet professorları, tələbələr və geoloqlar üçün nəzərdə tutulub.

 

Akademik A.A.ƏLIZADƏ

 

“Stratigraphy, petroleum sedimentology, geochemistry” beynəlxalq jurnalının redaksiya heyəti

 

Ak.A.Əlizadə - Baş redaktor

E.H.M. Əliyeva - Baş redaktorun müavini

Q.R. BabayevBaş redaktorun müavini

S.A. Məlikova - Məsul katib

A.Q. Məmmədova - Katib

 

Redaksiya heyətinin üzvləri

 

Əkpər Feyzullayev - Azərbaycan

Vasif Babazadə Azərbaycan

Pərviz Məmmədov - Azərbaycan

Sehrab Şıxlinski - Azərbaycan

Şəfəq Bayramova - Azərbaycan

Sergey Popov - Rusiya

Larisa Qolovina - Rusiya

Con Veber - ABŞ

Əli İsmayıl Əl-Cubouri - İraq

Lev V. Eppelbaum - İsrail

Reynhard F. Zaksenhofer - Avstriya

Kristian van Baak - Niderland

Frank Vesselin - Niderland