Print-ISSN 3079-2886; E-ISSN 3079-2894
ru
en

Yareqa neft yatağının hidrogeokimya sistemində civənin mənbələri və miqrasiyası

Bakulina L.P., Dovjikova Y.G.

Dövlət Texniki Universiteti, Respublika Komi, Rusiya, 169300, Uxta, Pervomay küç., 13: luda5200@bk.ru, dovzh57@yandex.ru

DOI: 10.35714/ggistrat20260100024

Xülasə. Böyük Yareqa neft yatağı Timan-Peçora vilayətində (Komi Respublikası) ən qədim yataqlardan 
biridir.
Həmin yatağın nefti çox qatı və yüksək özlülüklü olduğu üçün onun ənənəvi üsullarla hasilatı mümkün deyil.
Bu məq­sədlə keçən əsrin 30-cu illərində Rusiyada tikilən neft mədəni günümüzdə də yeganə olaraq qalır.
Neft yatağının işlən­məsi üçün mədən üsulu neftli təbəqənin strukturunu kifayət qədər ətraflı öyrənməyə
imkan verirdi.
Keçmişdə yataqda qaz papağının olması güman edilir
. Yatağın geoloji quruluşu, böyük tektonik qırılmaların
yaxınlığında yerləş­məsi, yeraltı suların və qazların geokimyəvi xüsusiyyətləri bu yatağın əmələ gəlməsində
dərinlik fluidlərinin iştirakını deməyə əsas verir.
Bu tədqiqat Yareqa mədənlərində civənin hidrokimyasının öyrənilməsinə həsr olunmuşdur. Həmin məqsədlə 
yatağın yeraltı sularından 26 nümunə götürülmüşdür. Nümunələr neftli laylardan neftin çıxarılmasını
sürətləndirmək üçün istifadə olunan termik buxar emalına məruz qalmayan ərazilərdə toplanmışdır.
Bütün nümunələrdə müxtəlif konsentra­siyalarda civə aşkar edilmişdir. Nəticədə, yatağın yerləşdiyi
rayonda civə səviyyəsinin normadan kənara çıxmasının mümkün səbəbləri və onun mənbələri müəyyən
olunmuşdur. Yareqa neft yatağında qrunt sularında civənin geokimyəvi anomaliyaları oxşar geoloji
şəraitdə yeni neft və qaz yataqlarının mövcudluğundan xəbər verir. Bundan əlavə, Yareqa yatağı və
Uxta rayonunda aparılan tədqiqatların ekoloji aspekti mühüm əhəmiyyət kəsb edir. Yareqa fəhlə
qəsəbəsində 6000, Uxta rayonunda isə təxminən 100.000 nəfər yaşayır. Bu insanlar üçün yeraltı
suların keyfiyyəti böyük əhəmiyyət kəsb edir.

Açar sözlər: Timan-Peçora neft və qaz vilayəti, Yareqa yatağı, ağır neft, neft mədəni, yeraltı sular, civə, tektonik dərin­lik 

qırılmaları, filtrasiya


ƏDABİYYƏT

Кремс А.Я., Вассерман Б.Я., Матвиевская Н.Д. Условия формирования и закономерности разме­щения залежей нефти и газа. Недра, Москва, 1974, 333 с.

Матусевич В.М., Прокопьева Р.Г. Ртуть в подземных водах Западно-Сибирского нефтегазо­носного бас­сейна. Нефть и газ, № 9, 1976, с. 3-7.

Минова Н.П., Бакулина Л.П. Ртуть в подземных водах Ярегского нефтяного месторождения. Материалы научно-технической конференции, Ухта, 2005, с. 100-102.

Нефтегазоносность и геолого-геофизическая изученность Тимано-Печорской провинции: история, современность, перспективы, Ухта, УГТУ, 1999. 1062 с.

Озерова Н.А. Ртутная дегазация Земли: геолого-эко­ло­ги­ческие следствия. Ртуть в биосфере: эко­лого-гео­хи­мические аспекты. Материалы Между­народного симпозиума (Москва, 7-9 сентября 2010 г.). Москва, ГЕОХИ РАН, 2010, с. 24-32.

Schenk Ch.J. Chapter 18: Geology and petroleum potential of the Timan-Pechora Basin Province, Russia. Geological Society, London, Memoirs, Vol. 35, No. 1, 2011, pp. 283-294, https://doi.org/10.1144/M35.18.