Buzlaşma dövründə Ponto-Xəzərin səviyyəsinin qalxması və enməsi: qədim dəniz səyyahları və Aralıq dənizi ərazisinin Asiya hissəsi
Qallager R.
Dəniz səviyyəsindən 225 m hündürlükdə yerləşən və
sonuncu buzlaq dövrünə aid olan pilləli terraslar və sahil xəttləri ilə ifadə
edilən Azərbaycan landşaftı geniş subasmalarının baş verməsini göstərir.
Bu məqalədə Xəzər dəniz səviyyəsinin yüksək
qalxmalarına səbəb olan iri rus çaylarının səmtinin dəyişməsi, buzların
ərinməsi və Arktik okeanın suları ilə Avrasiyanın şimal hissəsinin
subasmalarının geomorfoloji, bioloji sübutları, həmçinin daş heykəllər nəzərdən
keçirilir. Tarixdən qabaqkı dövrün bir neçə min illər ərzində qitələrarası
gəmiçiliyi mümkün edən bu proseslər regional miqyasda iqlimə, biocoğrafiyaya və
insan demoqrafiyasına əsaslı sürətdə təsir etmişlər. Subasmalar və su
yollarının mümkün olan yoxa çıxması qədim insanın həyatında vacib rol
oynamışdır və tarixdən əvvəlki dövrün həyat tərzini formalaşdırmışdır.
Bu problem və onun tətbiqi əhəmiyyəti müasir elmi anlayış xaricindədir, və bir çox elmi istiqamətlər çərçivəsində və elmi təşkilatların gücü ilə peşəkar tədqiqatlar tələb edir.