Geologiya və Geofizika İnstitutunun elmi dövri nəşrlərinin beynəlxalq elmi-texniki informasiya sistemlərində təmsil olunması
Əlizadə Ak.A., Qədirov F.A., Babayev Q.R.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu, Azərbaycan, H.Cavid pr., 119, Bakı, AZ1073: a.alizade@gia.science.az; gia@azdata.net;babayev74@gmail.com
DOI: 10.35714/ggistrat20250100010
Xülasə. Məqalədə Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun
elmi jurnallarının mövcud vəziyyəti və inkişaf
dinamikası təhlil olunur. Son illərdə bəzi meyarlar üzrə nəşrlərin artımı müşahidə
olunub, Scopus, Crossref, SCImago məlumat bazalarında təmsil olunması göstərilmişdir.
Jurnalların məzmununun dolğunluğuna və beynəlxalq sistemlərdə indeksləşmə
prinsiplərinə xüsusi diqqət yetirilmişdir. Nüfuzlu SCImago qlobal məlumat
bazasına daxil olan Geologiya və Geofizika İnstitutunun jurnalının payı
açıqlanmışdır. İnstitutun nəşrləri əksər meyarlar üzrə müsbət dinamika nümayiş
etdirir.
Müəlliflər hesab edirlər ki, “Azərbaycan
Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda
olan sistemli dövlət dəstəyi, elmi tədqiqatların rəqabətli və məqsədyönlü
maliyyələşdirmə mexanizminin yaradılması, beynəlxalq resenziyalı jurnallarda dərc
olunan məqalələrin sayının artırılmasının stimullaşdırılması, müxtəlif sahələr
üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması və digər
müvafiq tədbirlərin həyata keçirilməsi, İnstitutun jurnallarının beynəlxalq
elmimetrik sistemlərində mühüm strateji informasiya mənbəyi kimi çıxış edir.
Açar sözlər: Azərbaycan, Geologiya və Geofizika İnstitutu, Elm və
Təhsil Nazirliyi, elmi dövri nəşrlər, indeksləşdirmə, Scopus, Crossref,
SCImago
ƏDABİYYƏT
Гуреев В.Н., Мазов Н.А. Возрастание роли
открытых библиографических данных в условиях ограничения доступа к коммерческим
информационным системам. Управление наукой: теория и практика, Том. 5, No. 2, 2023, с. 49-76, DOI: https://doi.org/
10.19181/smtp.2023.5.2.4.
Казимирчик Л.В., Гришакина Е.Г., Полихина
Н.А., Тростянская И.Б. Продвижение журналов ведущих университетов: сравнение,
практика, возможности. Научный редактор и издатель, Том 5, No. 2, 2020, с. 80-101, https://doi.org/10.24069/2542-0267-2020-2-80-101.
Мазов Н.А., Гуреев В.Н.,
Ильичёва И.Ю. Представленность российской университетской научной периодики в
международных и отечественных системах научно-технической информации. Вестник
Российской Академии наук,
Том
94, No. 9, 2024. с. 839-852.
Chandrakar R. Digital object
identifier system: An overview. Electronic Library, Vol. 24, No. 4, 2006, pp.
445-452, DOI:10.1108/02640470610689151.
Kassian A., Melikhova L. Russian Science Citation index on the WoS platform: a critical assessment. Journal of Documentation, Vol. 75, No. 5, 2019, pp. 1162-1168, DOI:10.1108/JD-02-2019-0033.
Wang J. Digital object identifiers and their use in libraries. Serials review, Vol. 33, No. 3, 2007, pp. 161-164, DOI:10.1016/j.serrev.2007.05.006.