Print-ISSN 3079-2886; E-ISSN 3079-2894
ru
en

Şərqi Azərbaycanın Miosen çöküntülərinin mineraloji-geokimyəvi göstəriciləri: daşınma mənbəyi və neftlilik

Əliyeva E.H-M.1, Mustafayev K.F.2

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu, Azərbaycan, H.Cavid pr., 119, Bakı, AZ1073: e_aliyeva@yahoo.com

"AZLAB"MMC, Azərbaycan, Sabunçu ray., Bakıxanov qəs., Yavər Əliyev 4B, Bakı, AZ1040: kamal@azlab.az

DOI: 10.35714/ggistrat20250100013

Xülasə. Miosen süxur-kollektorların daşınma mənbələrini öyrənmək məqsədilə Qobustan ərazisində müxtəlif tektonik zonalarda mövcud olan Üst Maykop (Alt Miosen), Çokrak (Orta Miosen) və Diatom (Orta və Üst Miosen) neftli kəsilişlərdən götürülmüş nümunələr tədqiq edilmişdir. Müxtəlif stratiqrafik regional səviyyələri əhatə edən Çeildərə, Qırqışlaq və Qırdağ kəsilişləri üzrə aparılmış mineraloji və geokimyəvi tədqiqatların nəticələrinə əsasən Maykop, Çokrak və Diatom çöküntülərinin müqayisəli səciyyəsi verilmişdir. Geokimyəvi sıralamanın nəticələrinə və tektonik diskriminant funksiyanın qurulmuş diaqramlarına əsasən protolitlər, mineraloji yetkinlik, toplanmanın tektonik mühiti və miosen çöküntülərinin digər xarakteristikaları haqqında nəticə çıxarılır.

Çokrak mərtəbəsi, Çeildağ, Qırqışlaq və Qırdağ strukturlarında tədqiq edilmiş Miosen dövrünə aid səthi açılmalarında, neftli layların ümumi qalınlığı (40 m-ə qədər) baxımından daha çox maraq kəsb edir. Kvars minerallarının ən böyük miqdarı Çokrak çöküntüləri üçün səciyyəvidir (>70%). Bu dövrün neftli süxurlarında gilli minerallar xeyli azdır və bir qayda olaraq, tərkibində karbonatlı minerallar mövcud deyil. Kalsit Üst Maykop çöküntüləri, dolomit isə diatom süxurları üçün xarakterikdir. Gilli minerallar ən böyük miqdarda diatom süxurlarda müşahidə olunur. (orta miqdarı = 19,75%).

Maykop və diatom yaşlı neftli süxurların əksəriyyəti qrauvaklara və litik arenitlərə (litarenitlərə) aiddir. Tərkibində daha yüksək silisium olan Çokrak yaşlı nümunələrin əksəriyyətini subarkozlar və sublitarenitlər kimi xarakterizə etmək olar. Nisbətən çox kvars ehtiva edən Çokrak çöküntüləri mineraloji cəhətdən daha yetkindir.

Miosen-Maykop süxurların yığımının tektonik şəraitini passiv tektonik sədd kimi xarakterizə etmək olar.

Açar sözlər: Miosen, sedimentasiya, mineralogiya, geokimya, daşınma mənbəyi və neftlilik


ƏDABİYYƏT

Ализаде A.A., Гулиев И.С., Мамедов П.З. ­и др. Продуктивная толща Азербайджана. Том 1 и 2, Издательский дом Недра. Москва, 2018.

Надиров С.Г.,­ Салаев С.Г., Зейналов М.М. Геологические предпослыки открытой разработки нефтесодержащих пород олигоцен-миоценового комплекса Кобыстанской области. Изв. АН АзССР. Сер. геол.-геогр. наук, № 5, 1959.

Салаев С.Г., Кравчинский З.Я., Селимханов А.И. и др. Нефтеносные пески и горючие сланцы Азеpбайджана. Элм. 1989, 209 c.

Якубов А.А., Али-Заде А.А., Зейналов М.М. Грязевые вулканы Азербайджана. Атлас. Элм. Баку, 1971, 256 с.

Aliyev Ad.A., Abbasov O.R., Ibadzade A.J., Mammadova A.N. Genesis and organic geochemical characteristics of oil shale in Eastern Azerbaijan. SOCAR Proceedings, No. 3, 2018, pp. 4-15, DOI: 10.5510/ogp20180300356.

Baldermann A., Abbasov O., Bayramova A., et al. New insights into fluid-rock interaction mechanisms at mud volcanoes: Implications for fluid origin and mud provenance at Bahar and Zenbil (Azerbaijan). Chemical Geology, Elsevier, Vol. 537, No. 119479, 2020, pp. 1-14, https://doi.org/10.1016/j.chemgeo.2020.119479.

Bayramova A., Abbasov O.R., Aliyev A.A. et al. Tracing water-rock-gas reactions in shallow productive mud chambers of active mud volcanoes in the Caspian Sea region (Azerbaijan). Minerals, Vol. 13, Issue 5, id.696, 2023, https://doi.org/10.3390/min13050696.

Cox R., Lowe D.R., Cullers R.L. The influence of sediment recycling and basement composition on evolution of Mudrock chemistry in the Southwestern United States. Geochimica et Cosmochimica Acta, Vol. 59, Issue 14, 1995, pp. 2919-2940, https://doi.org/10.1016/0016-7037(95)00185-9.

Feyzullyaev A., Huseynov D., Tagiyev M. Oil source rocks and geochemistry of hydrocarbons in South Caspian basin. South Caspian basin: geology, geophysics and gas content. Nafta-Press. Baku, 2004, pp. 286-321.

Herron M.M. Geochemical classification of terrigenous sands and shales from core or log data. J Sediment Petrol, Vol. 58, No. 5, 1988, pp. 820-829, DOI:10.1306/ 212F8E77-2B24-11D7-8648000102C1865D.

Huseynov D., Aliyeva E. Multiple deep stratigraphic sources of the hydrocarbon fluids in the South-Caspian Basin. 79th EAGE Conference and Exhibition. Euro­pean Association of Geoscientists & Engineers, Vol. 2017, 2017 (June), pp. 1-5, DOI:10.3997/2214-4609. 201701066.

Roser B.P., Korsch R.J. Provenance signatures of sandstone-mudstone suites determined using discrimi­nant function analysis of major-element data. Chemical Geology, Vol. 67, Issues 1-2, Elsevier, 1988, pp. 119-139, https://doi.org/10.1016/0009-2541(88)90010-1.

Əliyev Ad.A., Bayramov Ə.Ə., Abbasov O.R. və b. Azərbaycanın yanar şist və təbii bitum ehtiyatları xəritəsi (1:1000000). Azərbaycan Respublikasının Milli atlası, 2014, 101 s.

Mehdiyev O.T., Axundov R.V. Neftli qumların minera­logiyası və geokimyası (Azərbaycanın Axtarma-Puta və Çeyildərə sahələrinin timsalında). Gənc tədqiqatçı, Elmi-praktiki jurnal, Cild VII, № 1, 2021, pp. 116-128.